Qeyri-İstehsal Sferası

maddi istehsalı təşkil etməyən bir neçə sahə və fəaliyyət növlərinin şərti adıdır.
Qeyri-İstehsal Xərcləri
Qeyri-İşlək Kredit
OBASTAN VİKİ
Landşaft sferası
Landşaft sferası (rus. ландшафтная сфера; ing. landscape sphere) coğrafi təbəqənin sinonimi; coğrafi örtüyün bir hissəsi — litosfer, atmosfer və hidrosferin qarşılıqlı təsir zonası; cəmiyyət də daxil olmaqla təbii və antropogen landşaft.
Səma sferası
Səma sferası və ya göy sferası (lat. orbis coelestis) — göy cisimlərinin proqnozlaşdırıldığı ixtiyari radiuslu xəyali sfera: müxtəlif astrometrik problemləri həll etmək üçün istifadə olunur. Səma sferasının mərkəzi kimi müşahidəçinin gözü götürülür; bu halda müşahidəçi həm Yerin səthində, həm də kosmosun digər nöqtələrində yerləşə bilər (məsələn, onu Yerin mərkəzinə aid etmək olar). Yerdəki müşahidəçi üçün səma sferasının fırlanması səmadakı işıqlandırıcıların gündəlik hərəkətini təkrarlayır. Hər bir göy cismi, sferanın mərkəzini cismin mərkəzi ilə birləşdirən düz xətt ilə kəsişdiyi göy sferasında bir nöqtəyə uyğundur. Səma sferasında işıqlandırıcıların mövqelərini və görünən hərəkətlərini öyrənərkən bu və ya digər fəza koordinat sistemi seçilir. İşıqlandırıcıların səma sferasında mövqelərinin hesablanması göy mexanikası və sferik triqonometriyadan istifadə etməklə aparılır və sferik astronomiyanın mövzusunu təşkil edir. Dünyanın oxu dünyanın mərkəzindən keçən xəyali bir xəttdir və onun ətrafında səma sferası fırlanır. Dünyanın oxu göy sferasının səthi ilə iki nöqtədə kəsişir — şimal qütbü və cənub qütbü. Göy sferasına daxildən baxdıqda səma sferasının fırlanması şimal qütbünün ətrafında saat əqrəbinin əksinə baş verir.
İnformasiya sferası
İnformasiya sferası — bu halda yaranan sosial münasibətləri toplayan, formalaşdıran, paylayan və istifadə edən məlumatların, informasiya infrastrukturunun, subyektlərin məcmusu. Məhz informasiya sferasında informasiya proseslərinin həyata keçirilməsi zamanı hüquqi tənzimlənməyə tabe olan sosial münasibətlər yaranır. Bu ictimai münasibətlər informasiya hüququnun əsas subyektini, onun hüquqi tənzimlənməsinin predmetini təşkil edir. İnformasiya sferasını beş mövzu sahəsinə bölmək olar:: məlumatı axtarmaq, almaq, ötürmək və istifadə etmək hüququnun həyata keçirilməsi; orijinal və törəmə məlumatların istehsalı, ötürülməsi və yayılması; informasiya ehtiyatlarının formalaşdırılması, informasiya məhsullarının hazırlanması, informasiya xidmətlərinin göstərilməsi; informasiya sistemlərinin (AIS, verilənlər bazası, bilik bazaları), digər informasiya və telekommunikasiya texnologiyalarının yaradılması və tətbiqi; informasiya təhlükəsizliyi alətlərinin və mexanizmlərinin, o cümlədən kompüter şəbəkələrinin təhlükəsizliyi üçün informasiya elmi və kompüter texnologiyası vasitələrinin, habelə kompüterlərdə və kompüter şəbəkələrində məlumatların mühafizəsi üçün proqram və texniki vasitələrin yaradılması və tətbiqi.
İstehsal
İstehsalat və ya İstehsal — hər hansı bir məhsulun və ya xidmətin yaradılması üçün hüquqi şəxsin və fiziki şəxsin təşkil etdiyi fəaliyyət prosesidir. Istehsalat prosesində maşın, mexanizm, alətlər və insan əməyindən istifadə edərək satış üçün məhsul hazırlanır. Bir qayda olaraq istehsalatda böyük həmdə xammaldan hazır məhsul istehsal edilir. Bu termin ancaq insan əməyinə aid olaraq adi sənətdən yüksək texnologiyalara qədər geniş dairəni əhatə edir. Belə hazır məhsullar sonradan daha geniş istehsalatda digər mürəkkəb məhsulların istehsalı üçün istifadə edilir. Məsələn, gəmi, silah və digər yüksək texnologiyalı mallar. Bir qayda olaraq bazar iqtisadiyyatı mühitində bir məhsul digər məhsulun buraxılışı üçün mərhələ rolunu oynayır. Həmçinin bazar münasibətləri özünü tənzimləmə prinsipinə malikdir. Ancaq son dövrlərdə dövlət daha müntəzəm sahibkarlıq prinsiplərini gözləməklə bazar münasibətlərinə müdaxilə etməli olur.. Müasir istehsalat öz çərçivəsinə son məhsulun buraxılması üçün bütün aralıq mərhələləri toplayır.
Avtomatlaşdırılmış istehsal
Avtomatlaşdırılmış istehsal (computer-aided manufacturing ) – istehsal prosesinin avtomatlaşdırılmasında kompüterlərin tətbiqi. CAM vasitələrindən istər kiçik istehsalatda, istərsə də irimiqyaslı robotlaşdırılmış yığım xətlərində istifadə olunur. İstehsalatda CAM-sistemlərində çox zaman kompüterlər yox, xüsusi avadanlıqlar və proqramlar tətbiq olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == CAM / Computer-Aided Manufacturing computer aided manufacturing (CAM) Arxivləşdirilib 2017-05-29 at the Wayback Machine What is CAD/CAM?
Fərdi istehsal
Fərdi istehsal - məhsulun müxtəlif çeşidlərdə fərdi (bir ədəd) hazırlanması ilə səciyyələnən istehsal növüdür. Fərdi istehsala böyük turbin, yayma dəzgahları, gəmi, unikal dəzgah, metallurji və dağ-mədən avadanlıqları, həmçinin təmir və sınaq zavodları daxildirlər. Kütləvi və seriyalı istehsaldan fərqli olaraq məhsulun hərəkəti üçün konkret vaxt qoyulmur, o sərbəst ritm daxilində hazırlanır. İş yerləri universal avadanlıqlarla təchiz olunur. Sifarişin yerinə yetirilməsi üçün fərdi texnoloji proseslər layihələndirilir. Sexlər arası avadnlıqlar qrupu göstərilməklə texnoloji marşrutlar işlənir.Texnoloji proses sexlərdə dəqiqləşdirilir. Məhsulun çeşidinin müxtəlifliyi və müərəkkəbliyi yüksək ixtisaslı işçilərin cəlb edilməsini tələb edir. Fərdi istehsal üçün təşkilati işlərin mərkəzləşsizdirlməsi səciyyəvidir. Xüsusi avadanlıqların və tərtibatların tətbiqi, tez-tez məhsulların dəyişilməsi əmək tutumunu və istesal tsiklini artırır. Hissələrin və düyümlərin normallaşdırlması və sinifləşdirilməsi, texnoloji proseslərin tipləşdirilməsi sayəsində burada seriyalı istehsalın bəzi elemntləri tətbiq oluna bilər.
Kütləvi istehsal
Kütləvi istehsal — istehsalın bir növü olub, böyük həcmdə hazırlanan məhsulun aşağı çeşidliyi ilə səciyyələnir. Kütləvi istehsal müəssisədə bir və ya bir neçə ölçüdə olan məhsulun və ya onun hissələrinin istehsalına yönəlmiş yüksək ixtisaslaşma dərəcəsinə malikdir. Kütəvi istehsal sənayenin bir çox sahələri üçün səciyyəvidir: maşınqayırma, tərtibatlar (saat sitehsalında), yüngül sənaye (ayaqqabı, qalantereya məhsulları), yeyinti sənayesi (konservlərin istehsalı). Kütləvi istehsal həm ayrı-ayrı sexlər və onun sahələri daxilində, həm də bütövlükdə müəssiədə daxilində təşkil oluna bilir. Burada məsulun istehsal həcmini həddən qartıq yüksəltmək və eyni zamanda onun keyfiyyətini artırmaq olur. Xüsusi avadanlıqların tətbiqi sayəsində işin məhsuldarlığı artır və əməliyyat üçün hazırlıq-tamamlama işlərinə sərf olunan vaxt minimuma enir, maya dəyəri aşağı düşür, rentabellilik artır. Bu istehsalın əsas xüsusiyyəti istehsal prosesinin özündə və onun aparılma üsulunda, işçi yerlərinin ixtisaslaşdırması və onların əməliyyatların ardıcıllığına uyğun yerinə yetirilməsindədir. Texnoloji proses çox hallarda proqresivdir. İşçilərin kiçik məşğuliyyət dairəsində ixtisalaşma dərəcəsi də yüksək olmalıdır. Kütləvi istehsalda əməliyyatlar sinxronlaşdırılır və əmək vasitələrinin işçi yerlərdə hərəkəti fasiləsiz olaraq mexanikləşdirilmiş və avtomatlaşdırlmış sistemlərin köməyi ilə aparılır (konveyrlər).
Qənaətcil istehsal
Qənaətcil istehsal- maşın istehsalında israfların aradan qaldırlmasına yönələn, eyni zamanda təminedici, sifarişçi və daxili strukturlar tərəfindən yaranan meyillənmələri minimallaşdıran emal strategiyasıdır. Tayota istehsal sisteminin tərkib hisəssi olan bu strategiya 1980-ci illərdə araşdırılıb, effektivliyi sübut oldunqdan sonra, digər avtomobil istehsalçıları da bu strategiyadan bəhrələnməyə calışmışlar. Qənatəcil istehsalın çevik, tələbəta uyğun və mərkəzsiləşdirilmiş qrup şəklində iş üslubuna calışan planlama konseptidir. O, işçilərin keyifiyətə yüksək məsuliyyəti və istehsal mərhələləri arasında kiçik material buferləri ilə səciyyələnir. Qənatəcil istesalın tətbiqi müəssisə ilə onun sifarişçiləri və təminatçıları, həmçinin onun elmi tədqiqatla məşğul olan şöbəsi, alış-veriş və istehsal sahələri arasında optimal razılaşma şəraitində fəaliyyət göstərən informasiya mübadiləsini tələb edir. Bu istehsalın təbiqi zamanı: Yalnız lazım olan məmul, lazımı vaxtda hazırlanır. Bu, istehsal həcmi, istehsal və təşkilata aid olanları əhatə edir, yerdə qalanlar isə israfçılıqdıır. Meydana çıxan xətalar yüksək prioritetlə araşdırılır və səbəbi müəyyənləşdirilir, onu aradan qaldırmaq üçün həll işlənir. Buna xətasız istesal deyilir. İstehsalda iştirak edən işçilərdən və təminatçı firmalardan daimi olaraq öz işlərinin keyfiyyətini artırmaq tələb olunur.
Seriyalı istehsal
Seriyalı istehsal — istehsalın təşkilat növü olub, uzun zaman kəsiyində müəssisədə eyni zamanda hazırlanan bir məhsulun geniş çeşidi ilə səciyyələnir. Seriyalı istehsalın ən geniş yayıldığı sahələr maşınqayırma və metal emalıdır. Məhsulun hazırlanması məmula nisbətən seriya şəklində, hissəyə nisbətən isə partiya şəklində aparılır. Bir ölçü növünə məxsus məmulun seriyalı hazırlanması müəyyən vaxt daxilində təkrar olunur. Təkrar seriyanın istehsalında maşınlar çox zaman istehsalın konstruksiya və texnoloji hazırlığına,iş yerlərinin təşkili, işçilərin ixtisas dərəcələrinə uyğun olaraq dəyişikliklər edilir. seriyalı istehsal hissələrin, məmulların unifikasiya edilməsinə, texnoloji proseslərin və tərtibatların tipləşdirilməsinə imkan yaradır. İstehsal həcmindən asılı olaraq iriseriyalı, orta seriyalı və kiçik seriyalı istehsal mövcuddur. İriseriyalı istehsalda bir ilidən böyük olmaqla period daxilində məhsullar fasiləsiz olaraq böyük həcmdə hazırlanmasıdır. Müəssisə bu halda yetişmiş məhsulun və onun ayrı-ayrı hissələrinin istehsalı üzrə ixtisaslaşır. Sexlər ümumi əlamətə görə, iş yerləri isə əməliyyatlar görə ixtisaslaşırlar.
İstehsal münasibətləri
İstehsalat münasibətləri — ictimai istehsal əsnasında insanlar arasında yaranan münasibətlər. Anlayış kimi Karl Marks tərəfindən 1848-ci ildə "Kommunist Partiyasının Manifesti" əsərində işlənmişdir. Texniki-istehsalat münasibətlərindən fərqi ondadır ki, Marksın qənaətinə görə, insanların münasibətlərini onların istehsal vasitələrinə olan münasibəti, yəni mülkiyyət münasibətləri ilə müəyənləşdirir.
İstehsal vasitələri
İstehsal vasitələri — əmək vasitələrinin məcmusudur. İstehsal vasitələri insanlar arasında olan xüsusi ictimai münasibətləri - istehsalat münasibətlərini - yaradır. İstehsal vasitələri və insan əməyi qırılmaz olaraq bağlı və qarşılıqlı şərtlənəndir.
İstehsal xərcləri
İstehsal mövcud istehsal amillərindən istifadə edərək insan ehtiyaclarını təmin edəcək əmtəə və xidmətlərin formalaşdırılması prosesidir. İstehsalı həyata keçirən təsisçilər tərəfindən qurulan və məhsul satışı ilə bağlı qərar verən quruluşa isə müəssisə deyilir. İstehsal prosesi qısa və uzunmüddətli olmaqla iki yerə ayrılır. Qısamüddətli dövr xərclərin ən azı birinin sabit olduğu, digərlərinin isə dəyişdirilə bildiyi vaxt kəsiyidir. Bu dövrdə sabit xərclər kimi adətən daşınmaz əmlak, istehsal avadanlıqları və s. çıxış edir. İşçi qüvvəsi və xammal isə dəyişən xərclərə aid edilir. Çünki, firmanın qısa müddət ərzində yeni bir bina alması və ya bahalı avadanlıqlar quraşdırması o qədər asan deyildir, amma artan tələbə qarşılıq olaraq yeni işçilərin qəbulu, daha çox xammalın cəlb olunması mümkün addımlardır. Uzunmüddətli dövr isə müəssisənin yuxarıda adını çəkdiyimiz və ümumilikdə bütün istehsal amillərinin həcmini dəyişə bildiyi vaxt kəsiyidir. Xərclər- firmaların istehsalda istifadə etmək üçün istehsal amillərinə həyata keçirdikləri ödəmələrdir.
İstehsal üsulu
İstehsal üsulu (alm. Produktionsweise‎) — Marksizmə görə, məhsuldar qüvvələrin və onların şərtləndirdiyi istehsalat münasibətlərinin vəhdəti. İçtimai istehsal üsulları, bir tərəfdən — müvafiq istehsalat texnoloqiyasının tarixi tipinə görə (məhsuldar qüvvələr), o biri tərəfdən — istehsal və bölgü əsnasındakı istehsal şəraitinə və vasitələrinə olan hakim münasibətlərin müvafiq iqtisadi gerçəkləşdirilməsi tipinə görə(istehsalat münasibətləri) fərqlənirlər. Hakim istehsal üsulu ictimai-iqtisadi formasiyanın özülü(bazisi) sayılır.
Maddi istehsal
Maddi istehsal — insanın və cəmiyyətin müəyyən tələbatlarını ödəyən maddi nemətlərin yaradılması ilə bilavasitə bağlı istehsal. Maddi istehsal qeyri-istehsal sahəsinə qarşı çıxır, maddi dəyərlərin istehsalını qarşısına məqsəd qoymur. Bu bölgü əsasən marksist nəzəriyyə üçün xarakterikdir. Maddi istehsal maşın və texnologiyanın tətbiqinə, eləcə də insanlar arasında istehsal münasibətlərinə əsaslanır. Demək olar ki, cəmiyyətin texniki və texnoloji inkişafı insan ehtiyaclarının kəmiyyət və keyfiyyətcə artması hesabına baş vermiş və baş verir. Antropogen amil isə maddi istehsalın bir çox təbii proseslərin pozulmasına, yer səthinin geniş sahələrinin deqradasiyasına, havanın və suyun geniş miqyasda çirklənməsinə səbəb olmasına şərait yaradır. Ona görə də istehsal fəaliyyətinin həcminə və formalarına nəzarət edilməlidir. Maddi istehsalın sahələrinin digər fəaliyyət növlərindən ayrılması (sosialist ölkələrində) ümumi ictimai məhsulun və milli gəlirin həcmini müəyyən etmək üçün həyata keçirilirdi. Bu sahələrin tərkibinə adətən sənaye, kənd təsərrüfatı və meşə təsərrüfatı, tikinti, nəqliyyat və rabitə, ticarət və ictimai iaşə, logistika və marketinq, tədarük və s. (nəşriyyat, kinostudiyalar, səsyazma müəssisələri, layihə təşkilatları, metal qırıntılarının tədarükü və xilası, yabanı bitkilərin, meyvələrin, göbələklərin, toxumların, otların yığılması və onların ilkin emalı, ovlanması).
İstehsal ehtiyatları
İstehsal ehtiyatları — müəssisənin qəbul etdiyi, lakin hələ iş yerinə köçürülməmiş ehtiyatlar. Böyük Rusiya Ensiklopediyasının məlumatına görə, istehsal ehtiyatları müəssisəyə daxil olmuş, lakin hələ də iş yerlərinə köçürülməmiş xammal, materiallar, alınmış yarımfabrikatlar və komponentlər, yanacaq, alətlər və digər istehsal vasitələridir. Ehtiyatlar təbii və pulla ölçülən maddi ehtiyatların bir hissəsidir.
İstehsal funksiyası
İstehsal funksiyası — istehsal dəyərləri (istehsalın miqdarı) və resurs xərcləri, texnologiya səviyyəsi kimi istehsal amilləri arasında iqtisadi və riyazi kəmiyyət əlaqəsidir. Onu izokvantlar toplusu kimi ifadə etmək olar. Məcmu istehsal funksiyası bütövlükdə milli iqtisadiyyatın məhsulunu təsvir edə bilər. İstehsal amillərinin müəyyən vaxtda və ya müxtəlif dövrlərdə məhsulun həcminə təsirinin təhlilindən asılı olaraq istehsal funksiyaları statik P = f ( x 1 , x 2 , . . . , x n ) {\displaystyle P=f(x_{1},x_{2},...,x_{n})} və dinamik P = f ( x 1 ( t ) , . . . , x k ( t ) , .
İstehsal sistemi
İstehsal sistemi (ing. production system) — istehsalın giriş faktorunu hazır məhsula və ya xidmətə çevirmək üçün əməliyyat resurslarından istifadə edən müəssisə sistemi. Britannica-ya görə istehsal sistemi sənayenin müxtəlif resurslardan mal və xidmətlər yaratmaq üçün istifadə etdiyi hər hansı üsuldur. Bir sıra əməliyyat menecerləri istehsal sistemini müəssisənin əməliyyat resurslarından daxil olan (girişi) öz seçdiyi (çıxış) məhsul və ya xidmətə çevirmək üçün istifadə edən sistem hesab edirlər. Burada “giriş” başqa istehsal sistemindən xammal, yaxud müştəri və ya hazır məhsuldur. Bir sıra ekspertlərin fikrincə, istehsal sistemi dəyər yaratma proseslərində (istehsal və quraşdırma) ilkin məlumat və resursların (nou-hau, metodlar, materiallar, maliyyə resursları, enerji resursları) olduğu sosial-texniki sistemdir. proseslər (nəqliyyat) son nəticəyə (məhsul, məsrəflər, əlavə məhsullar) çevrilir. Bir sıra texniki mütəxəssislərin fikrincə, istehsal sistemi istehsal və texnoloji sistemlərin (hissələrin istehsalı və quraşdırılması üçün sistemlər), təşkilatın, personalın və müvafiq işçilərin işə salınmasına hazırlıq nəzərə alınmaqla istehsal prosesinin sistem-texniki həyata keçirilməsidir. istehsal mədəniyyəti. İqtisadçıların nöqteyi-nəzərindən istehsal sistemi məhsul istehsalı üçün iş proseslərinin məcmusudur.
İstehsal (iqtisadiyyat)
İstehsal — ilkin (əmək və kapital) və aralıq istehsal amillərindən (xammal, materiallar və s.) istifadə etməklə məhsulun yaradılması prosesi. İstehsal insanla təbiət arasında baş verən maddələr mübadiləsinin konkret insan növüdür, daha dəqiq desək, təbii sərvətlərin insanlar tərəfindən hər hansı məhsula aktiv çevrilməsi prosesidir. "İstehsal" termini təkcə əmtəələrin maddi istehsalı ilə bağlı deyil, həm də qeyri-maddi əmtəə və xidmətlərin istehsalına münasibətdə istifadə olunur: elmi kəşflər, texniki ixtiralar, təhsil, mədəniyyət, incəsənət, səhiyyə, istehlak xidmətləri, idarəetmə, maliyyələşdirmə və kreditləşmə, idman və s. İqtisadiyyat elmində istehsal haqqında təlim aşağıdakı hissələrə bölünür: istehsal amilləri doktrinası — təbiət, əmək və kapital; istehsalın təşkili doktrinası "İstehsalın təşkilinə insan resursları və istehsalın təşkilinin insan amili həlledici təsir göstərir. İstənilən istehsal kadr tələbatının müəyyən edilməsindən və buna uyğun olaraq hər bir işçinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün yüksək səmərəli işləməyə qadir olan insanların işə götürülməsindən başlamalıdır". İqtisadiyyat tarixində istehsal müxtəlif cür başa düşülür. Zaman keçdikcə bu konsepsiya insan fəaliyyətinin yeni sahələrinə yayıldı. Fransua Quesneyin rəhbərlik etdiyi fiziokratlar məktəbi məhsulun yalnız kənd təsərrüfatında yaradıldığına inanırdı. Qalan sənayelər ya onu emal edir, ya da kənd təsərrüfatı gəlirlərindən istifadə edir. Kenenin İqtisadi Cədvəlində üç sosial sinfi müəyyən etdi: məhsuldar təbəqə — fermerlər və kənd təsərrüfatı sektorunda muzdlu işçilər; torpaq sahibləri — feodallar (buraya kral da daxil idi); steril (steril) sinif — kənd təsərrüfatında işləməyən sənayeçilər, tacirlər, sənətkarlar və başqaları.
İstehsal faktorları
İstehsal faktorları (ing. factors of production) — əmtəə və xidmətlərin istehsalı üçün lazım olan iqtisadi resurslar. İstənilən istehsal müəyyən tələbatları ödəyən nəticələr əldə etmək üçün insanın əşya və əmək vasitələrinə təsir prosesidir. İqtisadiyyat elmində istehsal haqqında təlim aşağıdakı hissələrə bölünür: istehsal amilləri doktrinası — təbiət, əmək və kapital; istehsalın təşkili doktrinası Ənənəvi olaraq aşağıdakı istehsal amilləri fərqləndirilir: Torpaq (təbii ehtiyatlar); Əmək (əmək resursları); Kapital (investisiya resursları). Hal-hazırda onlara əlavə olunur: sahibkarlıq qabiliyyəti; məlumat; innovasiyalar. Qeyri-marksist iqtisadi nəzəriyyəçilər K.Marksın yeni dəyərin yalnız muzdlu işçilər tərəfindən yaradılması mövqeyi ilə razılaşmırlar, lakin hesab edirlər ki, onun yaradılmasında bütün istehsal amilləri bərabər iştirak edir. Beləliklə, Alfred Marşall yazırdı: “ümumilikdə kapital və ümumilikdə əmək milli dividend istehsalında qarşılıqlı əlaqədə olur və öz (marjinal) məhsuldarlıq ölçüsünə uyğun olaraq gəlirlərini ondan alırlar. Onların qarşılıqlı asılılığı ən yaxındır; kapital əməksiz ölür; öz və ya başqasının kapitalının köməyi olmadan fəhlə çox yaşamayacaq. Əmək enerjili olduqda, kapital zəngin meyvələr toplayır və sürətlə inkişaf edir; Kapital və bilik sayəsində Qərb dünyasının adi işçisi bir çox cəhətdən keçmiş şahzadələrdən daha yaxşı qidalanır, geyindirilir və hətta evlə təmin olunur. Kapital ilə əmək arasında əməkdaşlıq əyirici ilə toxucu arasında olduğu qədər zəruridir; əyirici tərəfdə bir az üstünlük təşkil edir, lakin bu ona heç bir üstünlük vermir.
İstehsal kapitalı
İstehsal kapitalı (ing. physical capital; fiziki, real) — biznesə yatırılan, istehsal vasitələri şəklində yaradılan gəlir mənbəyi: maşın, avadanlıq, binalar, tikililər, torpaq, xammal ehtiyatları, yarımfabrikatlar , mal və xidmətlər istehsalı üçün istifadə olunan hazır məhsullar. İstehsalda bilavasitə istifadə olunan kapital forması — istehsal vasitələri. İstehsal kapitalının miqdarı istehsal vasitələrinin qiymətləndirilməsi əsasında müəyyən edilir. Bir qayda olaraq, istehsal kapitalı öz dəyərini amortizasiya və ya icarə ödənişləri şəklində məhsullara köçürür.
Qeyri-Elektrolitlər
Dielektriklər — elektrik cərəyanını keçirməyən maddələrdir. Dielektriklərin qaz, maye və bərk növləri var. Dielektriklər neytral atom və ya molekullardan təşkil olunmuşdur. Dielektriklərin iki növü vardır: polyar və qeyri-polyar. Onlar molekulların quruluşuna görə bir-birindən fərqlənirlər. Elektrik sahəsində dielektrikin bağlı yükləri əks istiqamətlərdə yerini dəyişir; dielektrik polyarlaşır. Polyarlaşmış dielektrik özü elektrik sahəsi yaradır. Bu sahə dielektrikin daxilində xarici elektrik sahəsini zəiflədir. Dielektrikin polyarizasiyası-xarici elektrik sahəsində dielektrikin qarşı üzlərində əks işarəli bağlı elektrik yüklərinin yaranmasıdır. Dielektrik nüfuzluğu-dielektrik daxilində sahə intensivliyinin vakuumdakı sahə intensivliyindən neçə dəfə kiçik olduğunu göstərən fiziki kəmiyyətdir: ε=E0/E. Dielektrik nüfuzluğu adsız kəmiyyətdir və maddənin növündən asılıdır.
Qeyri-adi
Qeyri-adi — nadir halda rast gəlinən, sistemə salınmamış, insanlarda təəccüb doğuran, təkrarlanmayan, ənənələri ya az, ya heç olmayan, tez-tez dəyişilən, rastlaşanda maraq doğuran, istisna, standartdan fərqlənən, qeyri-adiliyi ilə seçilən hal, vəziyyət, insan, situasiya və s. Fəlsəfə Filologiya Adi С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.348.
Qeyri-kommersiya
Qeyri-kommersiya təşkilatı (həmçinin qeyri-ticarət müəssisəsi kimi də tanınır) — kollektiv, ictimai və ya sosial məqsədlər üçün təşkil edilmiş fəaliyyət göstərən hüquqi şəxsdir. Sahibləri üçün mənfəət əldə etməyi hədəfləyən biznes kimi fəaliyyət göstərən müəssisədən fərqli olaraq fayda. Qeyri-kommersiya təşkilatı bölüşdürülməmə məhdudiyyətinə tabedir: xərcləri aşan hər hansı gəlir şəxsi tərəflər tərəfindən alınmamaqla, təşkilatın məqsədinə yönəldilməlidir. Bəzi siyasi təşkilatlar, məktəblər, biznes assosiasiyaları, kilsələr, sosial klublar və istehlak kooperativləri də daxil olmaqla bir sıra təşkilatlar qeyri-kommersiya təşkilatıdır. Qeyri-kommersiya təşkilatları vergidən azad olmaq üçün hökumətlərdən icazə istəyə bilər, bəziləri də vergidən çıxılan töhfələr almaq hüququna malik ola bilər, lakin müəssisə vergidən azad statusunu təmin etmədən qeyri-kommersiya təşkilatı kimi daxil ola bilər. Qeyri-kommersiya təşkilatlarının əsas aspektləri hesabatlılıq, etibarlılıq, dürüstlük və təşkilata vaxt, pul və inam sərf edən hər bir şəxsə açıqlıqdır. Qeyri-kommersiya təşkilatları donorlar, təsisçilər, könüllülər, proqram alıcıları və ictimai ictimaiyyət qarşısında cavabdehdirlər. Fəaliyyətlərini ianələr vasitəsilə maliyyələşdirməyə çalışan qeyri-kommersiya təşkilatı üçün ictimai etimad, qeyri-kommersiya təşkilatının toplaya bildiyi pul məbləğində bir amildir. Qeyri-kommersiya təşkilatları öz missiyalarına nə qədər çox diqqət yetirsələr, bir o qədər ictimai etimad qazanacaqlar. Bu, təşkilat üçün daha çox pulla nəticələnəcək.
Qeyri-metallar
Qeyri-metallar — metal xassələri olmayan kimyəvi elementlərdir. Bu elementlər elektriki keçirmirlər, istiliyi isə pis keçirirlər. Bərk, maye ve qaz halında ola bilirlər. Kövrək xassəlidirlər (döyüldükdə ovxalanırlar). Həmçinin, Hidrogen və Helium da bu elementlərə aiddir.Onlar Periodik cədvəlin yuxarı hissəsində yerləşirlər.
Qeyri-rezidentlər
Qeyri- rezidentlər— aşağıdakı şəxsləri əhatə edir. Müəyyən ölkəyə münasibətdə onun hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən bu ölkədə müvəqqəti qalan fiziki şəxslər; Müəyyən ölkəyə münasibətdə xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış və bu ölkənin hüdudlarından kənarda yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar; Ölkədə yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları; Müəyyən ölkəyə münasibətdə qeyri-rezidentlərin bu ölkədə yerləşən filialları və nümayəndəlikləri (büro və agentlikləri). Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri; Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri; məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs; Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri; Daimi nümayəndəliklə bilavasitə bağlı olmayan gəlirləri və daimi nümayəndəlik vasitəsilə əldə olunan gəlirləri özündə cəmləşdirir. 2-ci halda Azərbaycan mənbəyindən alınan gəlirlər üzrə vergi öhdəliklərini daimi nümayəndəlik özü yerinə yetirir və yalnız xalis mənfəətindən qeyri-rezidentə ödəmələr aparılarkən həmin ödəmədən 10 faiz dərəcə ilə vergi tutulur. Qeyd olunmalıdır ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunması nəzərdə tutulduğu halda, xüsusi olaraq hazırlanmış inzibatçılıq qaydalarına əsasən müvafiq şəkildə təsdiqlənmiş formalar təqdim olunmaqla dividend, faizlər və royaltilər ödəmə mənbəyində vergiyə cəlb olunmadan azad edilə, vergiyə cəlb olunmuş digər gəlir növləri isə vergi tutulduqdan sonra qeyri-rezidentin vergi orqanına müraciətinə əsasən Nazirlər Kabineti müəyyən etdiyi qaydada geri qaytarıla bilər. Aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs rezident sayılır. təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan; təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;. vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır: daimi yaşayış yeri; həyati mənafelərinin mərkəzi; adətən yaşadığı yer; Azərbaycan Respublikasının vətəndaşlığı Fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun; Vergi ödəyicisinin ailə üzvləri: ər-arvadlar; valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər; vərəsələr; doğma (ögey) bacılar (qardaşlar); bacı və qardaş övladları; ər-arvadların bacıları, qardaşları və valideynləri; bacıların ərləri və qardaşların arvadları; valideynlərin bacıları (qardaşları); qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.